Амир Эйваз

п е р с о н а л ь н ы й    с а й т
суббота, 6 марта 2010 г. 11:10

Məhəmməd Əmin Rəsulzadənin əsərləri



Bir kərə yüksələn bayraq, bir daha enməz!
M.Ə.Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olub. Böyük ictimai-siyasi fəaliyyəti nəticəsində Rəsulzadə hələ Rusiya inqlabından çox-çox əvvəl Azərbaycan milli hərəkətinin liderinə çevrilir. İslamçılığın, Türkçülüyün və Müasirliyin vəhdəti haqqında fikir irəli sürür. Müsəlmanların Ümumrusiya qurultaylarından sonra M.Ə.Rəsulzadə türk-müsəlman xalqları arasında böyük nüfuz sahibinə çevrilir.

1918-ci ildə M.Ə.Rəsulzadə Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yarıdıcılarından biri olur.

"Azərbaycan Cümhuriyyəti türk-milli-demokratik dövlətçiliyi zəminində milli-mədəni təyini-müqəddaratın müasir özülünə əsaslanmışdır. Bu nöqteyi-nəzərdən cümhuriyyətimiz birinci türk dövlətidir" (M.Ə.Rəsulzadə, "Azərbaycan" qəzeti, №110, 28.V.1919).

1920-ci ildə, Azərbaycan Cümhuriyyətinin Şura höküməti tərəfindən qanlı işğalından sonra, M.Ə.Rəsulzadə bolşeviklər tərəfindən həbs olunur və Moskvaya gətirilir. 1922-ci ildə M.Ə.Rəsulzadə Avropaya mühacirət edə bilir. Bir müddət o Almaniyada, sonra isə Türkiyədə yaşayır.

M.Ə.Rəsulzadə 1955-ci ilin mart ayının 6-da Ankarada vəfat edir, orada da torpağa tapşırılır.

Burada Məhəmməd Əmin Rəsulzadənin bəzi əsər və məqalələrinin adını çəkmək istərdim. Azərbaycan xalqından uzun müddət gizlədilən və əslində böyük milli xəzinə olan bu əsərlər Azərbaycan alimləri tərəfindən ictimaiyyətə çatdırılmalıdır.

1. “Müxəmməs”, “Şərqi-Rus” qəzeti, №20, 1903
2. “Tənqidi-firqeyi e`tidaliyyun”, İran, 1910
3. “Səadəti-bəşər”, İran, 1911
4. “İran türkləri”, “Türk yurdu” jurnalı, №4, 1911
5. “Milli dirilik”, “Dirilik” jurnalı, 1914
6. “Cəmaət idarəsi”, 1917
7. “Bizə hansı hökümət faydalıdır?”, 1917
8. Məqalələr silsiləsi, “Açıq söz” qəzeti, №635, №657, №671, №673, 1918
9. “Rəbi-iştəbə” (“Səhvin düzəlməsi”), 1918
10. “Azərbaycan təşkilində müsavat”, 1920
11. “Əsrimizin Səyavuşu”, İstanbul, 1923
12. “Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, İstanbul, 1923
13. “İstiqlal məfkurəsi və gənclik”, İstanbul, 1925
14. “Rusiyada siyasi vəziyyət”, İstanbul, 1926
15. “Azərbaycan və istiqlaliyyəti”, Paris, 1930
16. “Qafqaz problemi ilə əlaqədar pantürkizm”, Paris, 1930
17. “Azərbaycan Respublikası haqqında bə`zi qeydlər”, Berlin, 1933
18. “Azərbaycan kültür gələnəkləri, Ankara, 1949
19. “Çağdaş Azərbaycan ədəbiyyatı”, Ankara, 1950
20. “Çağdaş Azərbaycan tarixi”, Ankara, 1951
21. “Azərbaycan şairi Nizami”, Ankara, 1951

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra məzarının vətənə köçürülməsini vəsiyyət etmişdi.

O bilirdi ki, Azərbaycan azad olacaq. Və bu gün Azərbaycan müstəqildir.

Lakin Rəsulzadənin vəsiyyəti hələ də yerinə yetirilməyib. Azərbaycan torpağı öz dahi oğlunu həmişəlik qucağına almaq üçün gözləyir.