We Specialize in

Как «кроили и перекраивали» карту Азербайджана. 1828 – 1991 годы


1828-ci ilə qədər Azərbaycanın ərazisi 200 min kv. km-dən çox sahəni təşkil edirdi. Həmin ərazidə Azərbaycan dövlətləri – xanlıqlar mövcud idi.

1828-ci ildə Rusiya və Qacar sülaləsi Azərbaycan xanlıqlarını işğal etdilər. Türkmənçay müqaviləsinə əsasən Araz çayından şimalda yerləşən Azərbaycan xanlıqları Rusiya İmperiyasının tərkibinə, cənubda isə yerləşən Azərbaycan xanlıqları İranın tərkibinə daxil edildilər. Beləliklə xalqın iradəsi olmadan Azərbaycan torpaqları bölüşdürüldü, Azərbaycan dövlətçiliyi isə ləğv olundu. 

Yalnız 1828-1830-cu illərdə Rusiya tərəfindən İran və Türkiyədən Azərbaycan ərazilərinə: Qarabağa, İrəvana, Zəngəzura, Naxçıvana, Göyçə və Gəncəyə 150 min erməni köçürüldü. Burada ruslar "erməni vilayəti” yaratdılar, amma azəri türkləri bu vilayətdə çoxluq təşkil etdiklərinə görə həmin "erməni vilayəti” helə ruslar tərəfindən də ləğv olundu.

Rusiya ermənlərin köçürülməsini davam etdirirdi. N.Şavrovun mə`lumatlarına əsasən ermənlərin sayı 1911-ci ildə artıq 1 milyon 300 minə çatmışdı. Deməli 80 ilə ruslar Azərbaycana 1 milyondan çox erməni köçürmüşdür.

1915-1916-ci illərdə 300 minə yaxın erməni ruslar tərəfindən Türkiyədən gizli və qanunsuz yollarla Azərbaycana köçürülmüşdür. Bir az sonra Rusiya və avropalılar Türkiyəyə təzyiq üçün həmin erməniləri "erməni soyqırımı qurbanları” kimi təqdim etdilər, halbuki onlar hamısı sağ-salamat Azərbaycanda yerləşdirilmişdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan dövlətçiliyi 90 illik rus əsarətindən sonra bərpa olundu.

1920-ci il aprelin 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin sahəsi 114 min kv. km olub.

1920-ci ilin əvvəllərində ermənilərin "Ararat cümhuriyyəti” Sovet Rusiyası ilə gizli müqavilə bağlamışdı. Bu müqaviləyə əsasən bolşeviklər Azərbaycana şimaldan daxil olarkən, erməni silahlı qüvvələri qərbdən Azərbaycana hücum edəcəklər, həm də Qarabağdakı erməniləri üsyan etməyə çağıracaqlar. Əvəzində Sovet Rusiyası ermənilərə bə`zi Azərbaycan torpaqlarını və`d etdi. Helə də oldu. 

1920-ci ildə Zəngəzur qəzası, Göyçə və Dilican mahalları Azərbaycanın əraziləri idi.

1920-ci ilin dekabrında ermənilər üçün respublikanın yaradılması ilə əlaqədar Azərbaycanın tərkibindən Zəngəzur qəzası çıxarılıb ermənilərə verildi. Beləliklə Azərbaycan torpaqlarının hesabına Ermənistan SSR-ı yaradıldı.

1922-ci ildə Mərkəzin təzyiqi altında Göyçə mahalı və Dilican Azərbaycanın tərkibindən çıxarıldı və Ermənistan SSR-ına verildi. Ermənilər Göyçə gölünün adını dəyişdirərək onu Sevan adlandırdılar.

Beləliklə Azərbaycan SSRİ-yə daxil olarkən onun ərazisi 97 min kv. km təşkil edirdi.

1923-cü ildə Zaqafqaziya MİK-nin 3 nömrəli protokolu ilə Naxçıvan MSSR-in 9 kəndi Ermənistan SSR-nə verildi.

1983 - 1987-ci ildə Azərbaycan SSR-nin Qazax rayonunun 2105 hektar olan sahəsi Ermənistan SSR-nə verildi.

Azərbaycanın SSRİ-dən çıxdığı zaman sahəsi cəmi 86,6 min kv. km təşkil edirdi. 

Ermənistan SSR-in ərazisi 1920-ci ildə 11 min kv. km idi. İndiki Ermənistan Respublikasının ərazisinin 18 min kv. km ərazisi Azərbaycan Cümhuriyyətinin (1918-1920) torpaqlarıdır.

------------------------------------

Территория Азербайджана до 1828 года составляла более чем 200 тыс. кв. км. На этой территории существовали Азербайджанские государства – ханства.

В 1828 году Россия и Гаджарская династия оккупировали азербайджанские ханства. Согласно Туркменчайскому трактату азербайджанские ханства, расположенные севернее реки Араз (Аракс), переходили в состав Российской империи, ханства южнее реки Араз – в состав Ирана. Таким образом, не учитывая воли народа, земли Азербайджана были разделены, а азербайджанская государственность – ликвидирована.

Только лишь в 1828-1830 годах русские переселили на земли Азербайджана: в Карабах, Иреван, Зангезур, Нахчыван, Гёйчу и Гянджу 150 тысяч армян из Турции и Ирана. Здесь русские создали «армянскую область», однако из-за того, что большинство населения в этой «области» составляли азербайджанские тюрки, «армянская область» была ликвидирована самими же русскими.

Россия продолжала переселение армян. Согласно сведениям Н.Шаврова численность армян в 1911 году составляла уже 1 миллион 300 тысяч человек. Значит, за 80 лет русские переселили в Азербайджан более 1 миллиона армян.

В 1915-1916 годах тайными и незаконными путями русские переселили в Азербайджан около 300 тысяч армян Турции. Спустя некоторое время Россия и европейцы для того, чтобы оказать давление на Турцию, представили этих армян «жертвами армянского геноцида», хотя все эти армяне живыми-здоровыми были размещены на землях Азербайджана.

В 1918 году была создана Азербайджанская Народная Республика. Азербайджанская государственность была восстановлена спустя 90 лет русского владычества.

Территория Азербайджанской Народной Республики до 28 апреля 1920 года составляла 114 тысяч кв. км.

В начале 1920 года «Араратская республика» армян заключила тайный договор с Советской Россией. Согласно этому договору, когда большевики вторгнутся в Азербайджан с севера, вооруженные силы армян должны напасть на западные области Азербайджана, а также подстрекать армянское население Карабаха начать мятеж. Взамен этого, Советская Россия пообещала армянам некоторые земли Азербайджана. Так и произошло.



В 1920 году Зангезурский уезд, магалы Гёйча и Дилиджан принадлежали Азербайджану.

В 1920 году, в связи с созданием для армян республики, Зангезурский уезд был выведен из состава Азербайджана и передан армянам. Таким образом, за счет азербайджанских земель была создана Армянская ССР.

В 1922 году под давлением Центра из состава Азербайджана были выведены магал Гёйча и Дилиджан и переданы Армянской ССР. Армяне переименовали озера Гёйча, которое было названо ими Севаном.

Таким образом, в период вхождения Азербайджана в состав СССР его территория составляла 97 тысяч кв. км.

В 1923 году по протоколу №3 Закавказского ЦИК 9 сел Нахчыванской АССР были переданы Армянской ССР.

В 1983-1987 годах 2105 гектаров земель Газахского района Азербайджанской ССР были переданы Армянской ССР.

Территория Азербайджана в период выхода из состава СССР составляла уже 86,6 тысяч кв. км.



В 1920 году территория Армянской ССР составляла 11 тысяч кв. км. 18 тысяч кв. км современной Республики Армения – земли Азербайджанской Республики (1918-1920).

Амир Эйваз
Meet The Team