Böyük Vətən müharibəsi?

Design: Казакская Орда
Bir işğalçıya qarşı digər işğalçının tərəfində aparılan müharibə heç zaman "vətən müharibəsi" sayıla bilməz!

Hitler bir işğalçı idi. Əvət. Fransanı işğal etmişdi. Polşanın qərb hissəsini də. Bəs, sizcə, Stalin kimdir? Mələk mi? O da işğalçıdır. Polşa və Finlandiya bir yana, doğma Vətənimizi, Azərbaycanı işğal altında saxlayan, qan içində boğduran kim idi? Yusif Vissarion oğlu Cuqaşvili deyildi mi? Sovet imperiyası deyildi mi?

Siz 9 mayısda kimin kimə qalib gəldiliyini qeyd edirsiniz ki?

Əlbəttə, Azərbaycan türkləri də o müharibədə döyüşüb, qan töküb. Lakin, artıq anlamaq gərək: bizim soydaşlarımız üçün o müharibə yad imperiya, yad ideologiya uğrunda bir savaş idi.

Bunu da deməliyəm: Almaniya tərəfində savaşan Azərbaycan türkləri heç olmazsa "Azərbaycanın kommunist-rus işğalından azad olması" üçün savaşdıqlarını sanırdılar. Əvət, o da bir yalan idi. Almanlar rusları qovub, özləri Azərbaycanı idarə edəcəklərdi.

Yaxşı, bəs sovetlər tərəfində vuruşan Azərbaycan türkləri nəyin uğrunda can verirdilər? Xatırladım? "За Советскую Родину, за Сталина!". Stalin köpəyi uğrunda. Azərbaycanı işğal edən Sovetlər uğrunda. Belə "vətən müharibəsi" olar? Vətən müharibəsi VƏTƏN uğrunda aparılır, Stalin və Moskova uğrunda yox!

Bilirsiniz, hindistanlılar Britaniyanın apardığı bir çox böyük müharibəsində ingilislərin tərəfində iştirak etmişlər. Birinci Dünya savaşında ingilislərlə birgə İstanbula qədər gəlib çıxmışlar belə. Necə rus - Azərbaycanı, ingilis də Hindistanı nə vaxtsa işğal altında saxlayıb və hindistanlıları Britaniya uğrunda savaşmağa məcbur edib.

Amma heç duymadım ki, britaniyalıların apardığı və hindistanlıların iştirak etdiyi hansısa müharibəni indiki müstəqil Hindistanda "vətən müharibəsi" kimi qələmə versinlər.

Görəsən, müstəqil Azərbaycanda nədən bu böylə deyil? Nədən biz onun-bunun savaşına "Vətən müharibəsi" adını veririk? Bizim hindistanlılardan nəyimiz əskikdir? Acı olsa da söyləyim: milli qürurumuz.

"Vətən müharibəsi" elə-belə söz deyil ki, onun-bunun savaşına aid edilsin. Hər millət üçün qürur verici bir ifadədir. Vətənin və həmin Vətən uğrunda savaşanların var olduğunu göstərən bir ifadədir.

Azərbaycan türkünün öz "Böyük Vətən müharibəsi" vardır!


Azərbaycan türkünün "Böyük Vətən müharibəsi" Almaniyanın Sovet Rusiyasına 1941-ci ildəki hücumu ilə yox, Rusiyanın Gəncə şəhərimizə 1803-cü ildə həyata keçirilən hücumu və həmin il gəncəli Cavad xanın rus-erməni-gürcü pisliyi ilə savaşaraq şəhadət zirvəsinə ucalması ilə başlamışdır.

Moskovanın 1945-ci il Berlində al bayraq dalğalandırması nə vaxtdan Azərbaycan türkünün "qələbəsi" olub ki?

Azərbaycan türkünün "Böyük Vətən savaşında" Qələbəyə gedən yolu Şuşadan Təbrizə qədərdir. Berlinə qədər yox! Berlin qoy almanlara qalsın.

Şuşa hələ erməni-rus işğalı altındadır. Bəziləri isə 8-9 mayıs - Şuşanın işğal gününü - "qələbə günü" kimi qeyd edirlər. Əlbəttə, 9 mayıs Baküdə* vəzifəyə gəlmək üçün Qarabağı satanların əsl "qələbəsidir".

O ki qaldı Baküyə, şəhid Cavad xanın qanını yerdə qoymayan, onun qisasını alan həmin o Bakü indi Şuşanı düşmənə satanların əlindədir. Bumudur "qələbəmiz"?

Daha Təbrizi demirəm. Ona qovuşmaq üçün bir addım belə atmayan güclülərimiz (bu sözdə "-miz" şəkilçisini şərti olaraq istifadə edirəm - nə vaxtdan bu satqınlar "bizimki" olub ki?) rusun 70 il əvvəl baş vermiş Berlindəki "qələbəsini" görün necə təntənə ilə qeyd edirlər...

Təkrar edirəm, Azərbaycan türkünün "Böyük Vətən savaşında" Qələbəyə gedən yolu Şuşadan və Təbrizdən keçir, Berlindən yox!

Şuşanı erməni-rus işğalından azad etdiyimizdə və Təbrizdə Azərbaycanın üçrəngli bayrağını dalğalandırdığımızda - yalnız o zaman QƏLƏBƏ günümüzü qeyd edərik, İnşaAllah!

-------------------------
*Bakü - bütün tarixi mənbələrdə (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin sənədlərində) Bakı şəhərinin Azərbaycan türkcəsindəki rəsmi adıdır. "Bakı" ("Baki") isə tarix boyu "Bakü" adının sadə dillə, xalq arasında deyilişi olub. Nədən biz heç vaxt sadə dillə sənəd tərtib etmirik, amma dövlət paytaxtının adını yazıda sadə üslubda istifadə edirik? Bakü şəhərinin rəsmi adı qaytarılsın!

САМОЕ ЧИТАЕМОЕ В БЛОГЕ:

Историческая ложь или как армяне появились на Кавказе

1915 – надуманный «армянский геноцид»: большая игра Российской империи и армян-дашнаков

"Великая Армения"… а чем же она велика?